ZİYA MƏMMƏDOVDAN 500 MİLYONU QAYTARMAQ TƏLƏB EDİLİR - Yoxlamalar başladı

Nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasının” səbəblərilə bağlı azadlıq.info-ya yeni ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, nəqliyyat naziri yarım milyard manat kredit borcuna görə hədəfə gəlib. İddialara görə, bu vəsait Beynəlxalq Bankdan götürülüb. Ziya Məmmədov həmin vəsaiti “Azərinşaatservis”in qurulmasına sərf edib. Daha doğrusu “Azərinşaatservis”in qurulması adı ilə xərcləyib.

“Azərinşaatservis” üçün bu vəsait hesabına 6000 adda texnika alındığı rəsmiləşdirilib. Bu zaman ciddi korrupsiyaya yol verildiyi şübhə doğurmur. Ancaq məsələ yalnız bunda deyil. Həmin texnika Nəqliyyat Nazirliyinin həyata keçirdiyi yol layihələrində quruma icarəyə verilib. “Azərinşaatservis” bundan xeyli mənfəət əldə edib. Lakin buna baxmayaraq götürülən kredit qaytarılmayıb. Əvəzində “Azərinşaatservis” borcun əvəzində Beynəlxalq Banka verilib. Bildirilir ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda bu məsələ barədə ölkə başçısı İlham Əliyevə məlumat verib. Bundan sonra Ziya Məmmədovun qara günləri başlayıb. Məlumatda deyilir ki, əgər nəqliyyat naziri borcu qaytarmasa, o zaman sərt şəkildə cəzalandırıla bilər.

Qeyd edək ki, Ziya Məmmədovun bir çox səlahiyyətləri əlindən alınıb. Onun nəzarətində olan sahələrin əksəriyyəyyəti ya başqa qurumlara verilib, ya da müstəqil təşkilata çevrilib(bax:

Həmçinin onun yaxın ətrafının "vurulmas"a prosesinə start verilib. Qardaşı və qohumlarının (məsələn Sabir Rüstəmxanlının) bu dəfə deputat mandatı almasına imkan verilməməsinə də bu prosesin tərkib hissəsi kimi baxmaq olar.

Ziya Məmmədovun qələminin qırıldığını təsdiq edən daha bir fakt isə Azərbaycan Qolf Federasiyasının prezidenti olan oğlu Anar Məmmədovun “Xəyal Adası” layihəsi çərçivəsində ölkə başçısı İlham Əliyevin də iştirakı etdiyi Qolf klubun açılış mərasimində görünməməsidir. Düzdür, Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova ANS-ə açıqlamasında Anar Məmmədovun açılış mərasiminə qatılmamasını onun ölkədə olmaması ilə izah edib. Ancaq hər kəsə aydındır ki, Anar Məmmədovun həmin açılışa qatılmasına İCAZƏ VERİLSƏYDİ o, dərhal ölkəyə qayıdardı...

Bir neçə gün əvvəl  məlumat yayılmışdı ki, nazirin qardaşı Loğman Məmmədov tutduğu vəzifədən azad edilib. Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov isə axar.az-a iddia edib ki, Loğman Məmmədov iş başındadır. Ancaq “azadlıq.info” bu məsələni bir daha araşdırıb və bəlli olub ki, Loğman Məmmədov faktiki olaraq işə çıxmır. Onu başqa şəxs əvəzləyir.

Elton Məmmədov bu və Ziya Məmmədov barədə yayılan məlumatlara münasibət bildirərkən maraqlı fikirlər səsləndirib. Elton Məmmədov iddia edib ki, bu məlumatları yayanlar ölkədə sabitliyi pozmaq istəyirlər: “Ancaq ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyənlər bu yalan xəbərləri yayırlar”.

Bəzi siyasi ekspertlər Elton Məmmədovun bu fikrlərini hakimiyyətə bir mesaj olaraq dəyərləndirirlər. Belə hesab edənlər var ki, Elton Məmmədovun bununla hakimiyyəti Ziya Məmmədovun “vurulacağı”

təqdirdə ölkədə sabitliyin pozula biləcəyi ilə hədələyir.

Bu arada “qafqazinfo” məlumat yayıb ki, Bakı dairəvi yolunda ciddi yoxlamalara başlanılıb. Yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənilməməsi araşdırılır. Bildirilir ki, yoxlamalara çoxsaylı mütəxəssislər də cəlb olunub. İlkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib. Bundan əlavə Hesablama Palatası da Nəqliyyat Nazirliyini yoxlamaq qərarına gəlib. Bu yoxlamaların hansı sonluqla bitəcəyi isə yəqin ki, Ziya Məmməmədovla bağlı veriləcək siyasi qərardan asılı olacaq.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar