Türkiyə yenidən Rusiyadan izahat tələb edir

ABŞ Dövlət Katibi Con Kerri: Türkiyə təyyarələri vurmaq hüququna malikdir. 

Rusiya döyüş təyyarəsinin Türkiyənin hava məkanını ikinci dəfə pozmasının ardından, Rusiyanın Türkiyədəki səfiri yenidən Türkiyə xarici işlər nazirliyinə çağırılıb.

Şənbə günü baş tutmuş ilk pozuntudan sonra Türkiyənin F-16 döyüş təyyarələri müdaxilə edib, xarici işlər nazirliyi bildirib.

Rusiya bildirib ki, hadisə “naviqasita xətası” ilə bağlıdır və onlar məsələni Ankaraya “izah ediblər”.

Türkiyə ikinci pozuntunun bazar günü baş tutduğunu bəyan edib.

Türkiyə xarici işlər naziri Ferudin Sinirlioğlu hadisəni rusiyalı həmkarı Sergey Lavrov və NATO-dakı tərəfdaşları ilə müzakirə edib.

Moskva bir neçə gündür ki, Suriya hakimiyyətini dəstəkləmək üçün hava hücumlarına başlayıb. Moskva iddia edir ki, Suriyadakı hərbi əməliyyatların məqsədi İD-ni vurmaqdır və Suriyada dinc sakinlərin ölməsini inkar edib.

ABŞ Dövlət Katibi Conn Kerri bildirib ki, Türkiyə təyyarələri vurmaq hüququna malikdir.

NATO, Rusiyadan “Suriya müxalifətinə və dinc sakinlərə” havadan hücumları dayandırmağı tələb edib.

Son günlər Türkiyə və bəzi Qərb ölkələri Rusiyanın Bəşər Əsədin tərəfindən Suriyadakı münaqişədə hərbi iştirakını pisləyib.

Türkiyə prezidenti Recep Tayip Erdoğan Moskvanın iştirakını səhv adlandırıb və bunun Rusiyanın daha çox təcridinə səbəb olacağını bildirib.

Britaniya baş naziri David Cameron isə bildirib ki, Rusiya İslam Dövləti (İD) qruplaşmasına zərbələ endirmir, əvəzində “Əsədin cəlladlarına” kömək edir.

BBC-ə müsahibəsində Kameron bunu “qorxunc səhv” adlandırıb və Rusiya prezidentini “kursu dəyişməyə” və İD-nə qarşı mübarizədə ABŞ və Britaniyaya kömək etməyə çağırıb. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar