Separatçı rejimlər seçkiləri təxirə saldılar

thumb_ukrayna1070314_808Ukraynanın şərqindəki separatçı rejimlər yerli seçkiləri fevralın 21-nə təxirə salıblar.

AzPolitika.info-nun Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, rejimlərə yaxın şəxslər bildirib ki, bu barədə DNR və LNR rejimləri bu gün Minskdə təmas qrupunun iclasında bəyan edəcəklər.

Bu günlərdə Parisdə “Normandiya dördlüyü”nüm toplantısında Vladimir Putin separatçıların oktyabrın 18-nə və noyabrın 1-nə təyin etdiyi seçkilərin ləğv edilməsi ilə bağlı “danışıqlar aparmağa” söz vermişdi.

Minsk razılaşmalarına görə, Kiyev Ukraynanın şərq regionlarına xüsusi status verməyi öhdəsinə götürüb. Lakin separatçıların nəzarət etdiyi ərazilərin yenidən Ukrayna hakimiyyətinə qaytarılması məsələsi hələ də mübahisəli müddəalardan biri olaraq qalır. Ukrayna və Qərb dövlətləri həmin ərazilərin geri qayıtmadığı müddətdə heç bir seçkini tanımayacaqlarını bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar