Azərbaycandan sığınacaq alan qaçqınlar qəzaya düşüb

Əfqanıstan qaçqınları Kliniki Tibbi Mərkəzə aparılıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində 1988-ci il təvəllüdlü Orucov Rasim Səfər oğlunun idarə etdiyi "Mitsubishi" və Əfqanıstan vətəndaşı, 1983-cü il təvəllüdlü Məhəmmədcəfər Məhəmmədzadənin idarə etdiyi "Nissan" toqquşub. Nəticədə M.Məhəmmədzadə və sərnişini, Əfqanıstan vətəndaşı olan 1948-ci il təvəllüdlü Hüzeynzadə Zəhra xəsarətlər alıblar və Kliniki Tibbi Mərkəzə aparılıblar. Daha sonra onlar ambulator müalicəyə yazılıblar.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən Əfqanıstan vətəndaşları bir müddət əvvəl Azərbaycandan rəsmi sığınacaq alıblar və ölkəmizdə qaçqın statusu ilə yaşayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar