Lüks mobil telefon istehsalçısından Azərbaycana qarşı təxribat - FOTO

İtaliyanın mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşmış "Caviar" şirkəti "iPhone 6s" üçün dünyanın müxtəlif ölkələrinin rəmzinə həsr edilmiş yeni kolleksiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı kobud səhvə yol verib.

Trend-in məlumatına görə, şirkətin yeni kolleksiyası "Atlante" adlanır. Kolleksiyada bir neçə telefon modeli təqdim edilib. Telefonların hər biri müxtəlif ölkələrin - Rusiya, İtaliya, Çin, BƏƏ, Azərbaycan, Qazaxıstan və Ermənistanın rəmzləri ilə bəzədilib.

"Caviar" Ermənistan üçün kolleksiyada bu ölkənin digər rəmzləri ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində ucaldılmış abidəni separatçı Dağlıq Qarabağ rejiminin "rəmzi" kimi göstərib.

Smartfonların dizaynı eyni üslubda hazırlanıb: arxa panel qızıldan hazırlanıb və ölkələrin görməli yerləri və rəmzlərinin təsvirləri olan barelyeflərlə bəzədilib. Məsələn, İtaliyaya həsr edilmiş model Pizza qülləsi, Kolizey və Venesiya qondolyeranının rəsmləri ilə bəzədilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar