Yağmurlu hava davam edəcək - Proqnoz

hava aprel yagis gun yasilOktyabrın 7-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlıq ərazilərdə gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 7-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar