AMİP sədri seçkidə iştirakdan niyə imtina etdi? - Yenilənib

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini geri götürüb.

Bu barədə AzNews.az-a açıqlamasında 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsinin sədri məlumat verib. Onun sözlərinə görə, Y.Bağırzadə namizədliyinin qeydə alınmaması üçün DSK-nın sədrinə ərizə ilə müraciət edib: “Oktyabrın 2-də özü ərizə verib, lakin qeydə alınmaqdan imtina edib”.

Xatırladaq ki, 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Pərvin Kərimzadədir.

Məsələ ilə bağlı AMİP-in baş katibi Arzuxan Əlizadə Modern.az-a açıqlama verib:

“Əvvəlcə, onu deyim ki, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti oktyabrın 2-də başa çatıb. Qanunvericilik baxımından kiminsə verilən müddət başa çatdıqdan sonra namizədliyini irəli sürməsi mümkün deyil. O ki, qaldı Yusif Bağırzadənin namizədliyi məsələsinə, bu barədə xüsusi açıqlama olacaq. Ona görə də məsələ ilə bağlı hələlik partiyadan heç bir açıqlama verilmir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar