Azərbaycanda bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq
Baxiş sayı:
Dərc olunub:
06/10/2015 - 13:33
Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.
Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcəklər.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.