Qalmaqallı kəşfiyyatçı təslim olur

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) sabiq sistem analitiki Edvard Snouden haqqındakı casusluq ittihamları ilə bağlı könüllü təslim olmağa razılıq verib.

AzPolitika.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, iki ildir Rusiyada yaşayan Snouden ABŞ-a könüllü həbs cəzası çəkməsi ilə bağlı təklifi olduğunu bildirib.

“Mənə indiyə qədər ancaq işgəncə verməyəcəklərini dedilər. Amma bundan o tərəfə keçmir”, - deyən E.Snouden onu gözləyən təxminən 30 illik həbs cəzasında güzəşt tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar