NATO-nun baş katibi: “Bu, təsadüf deyil...”

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını pozmasının təsadüf olmadığını bildirib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. “Bizim nöqteyi-nəzərimizdən bu, təsadüfə oxşamır. Həm də nəzərə alsaq ki, hadisə iki dəfə baş verib”, - deyə baş katib bildirib.

Y. Stoltenberq ona verilən informasiya əsasında bu qənaətə gəldiyini söyləyib.

Xatırladaq ki, Suriyada hərbi əməliyyatlar keçirən Rusiya hərbi təyyarələri oktyabrın 3-4-də iki dəfə Türkiyənin hava məkanını pozub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar