Müdafiə nazirinin müavini və hərbi prokuror cəbhəyanı zonada - Foto

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev və Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.

Ədliyyə general-leytenantı X.Vəliyev çıxışında döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulmuş tələblər və nizamnamələr çərçivəsində qurulmasının vacibliyini xüsusi qeyd edib.

Keçirilən görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət və hadisələrin təhlili, nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar