Şamil Basayevin dəstəsinin üzvü tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Şamil Basayevin bandasının üzvünü yaxalayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya FTX-nin məlumatında bildirilir ki, bu il oktyabrın 5-də Moskva vilayətinin İstra rayonunda FTX əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Rusiya vətəndaşı, 1972-cü il təvəllüdlü B. B. Daudov yaxalanıb.

Daudovun 1995-ci ildə çeçen səhra komandiri Şamil Basayevin dəstəsinin tərkibində Stavropol vilayətinin Budyonovsk şəhərində törədilən terror aktında iştirak etdiyi bildirilir.

Qeyd edək ki, 1995-ci ilin iyun ayının 14-də Stavropol vilayətinin Budyonovsk şəhərində Şamil Basayev və Əbu Movsayevinin rəhbərlik etdiyi silahlı dəstə mülki əhaliyə hücum edib. Onlar 1600-dən çox dinc sakini xəstəxanada girov saxlayıblar. Basayev və Movsayev Çeçenistanda hərbi əməliyyatların dayandırılmasını və Rusiya qoşunlarının Çeçenistan ərazisindən çıxarılmasını tələb ediblər. İyunun 17-də səhər saat 05:00 radələrində Rusiya xüsusi təyinatlıları əməliyyat keçiriblər. 4 saatdan çox davam edən döyüşdə 129 nəfər həlak olub, 415 nəfər yaralanıb.

Şamil Basayev isə 2006-cı ildə İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar