Polis əməkdaşı istintaqa cəlb olundu

Azərbaycanda polis əməkdaşı məsuliyyətə cəlb olunub.

APA-nın məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibov vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir.

Məlumata görə, N. Nəsibov daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, rayon Polis Şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşdığı üçün ciddi töhmət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar