"GÜLƏR ƏHMƏDOVA YAP-a ÖZÜ BOYDA QARA LƏKƏDİR"- Gültəkin Hacıbəylidən sərt cavab

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan keçmiş deputat Gülər Əhmədova Milli Şuranın Gültəkin Hacıbəyliyə qarşı təzyiqlərlə bağlı bəyanata münasibət bildirəkən keçmiş həmkarının tutulmalı olduğunu bildirib. Sitat: “Mən Milli Şura üzvlərini məhkəməyə dəvət etmişdim ki, gəlib izləsinlər, burada baş verənləri görsünlər, sonra yazsınlar. Ancaq gəlmədilər. Mən onları bir daha dəvət edirəm. Əqidəsini saxlayan adamlar həm iqtidarda qiymətli olur, həm müxalifətdə. Mən bilirəm ki, o məktubun müəllifi kimdir. Gültəkin Hacıyevadan söhbət gedirsə, o bilməlidir ki, tutulmağa qalsa, bəlkə də elə tutulmalı adam o idi. Mənə qarşı nə bir şahid ifadəsi, nə zərərçəkmiş, nə sübut var. Üzümə duran da yoxdur. Ona görə deyirəm ki, ona qarşı həddən artıq humanist, mənə qarşı sərt davranıblar. Milli Şuraya isə təəssüf edirəm. Bir qadınla digərini müqayisə edirlər”.

Gülər Əhmədovanın dedikləriylə bağlı Milli Şuranın Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəylinin cavabı isə kifayət qədər sərt olub. O, "Azadlq" qəztinə açıqlamasında keçmiş həmkarının fikirlərinə lakonik , ancaq kəsərli cavab verib: “Gülər Əhmədova hər addımbaşı sədaqətini reklam etdiyi və sıralarından xaric olunduğu Yeni Azərbaycan Partiyasına özü böyda qara ləkədir. Belə bir adamın fikirlərinə münasibət bildirməyi artıq hesab edirəm”.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar