10 il saxta pasportla yaşayan Azərbaycan vətəndaşı tutuldu

Rusiyada 10 il qanunsuz yaşayan Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın “izvestiaur.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Udmurtiya Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Heydərov Vidadi Vaqif oğlu saxlanılan zamanı polis əməkdaşlarına Əliyev Sübhi Ələkbər oğlunun pasportunu təqdim edib.

İşevsk şəhərində yaşayan həmyerlimizin əvvəllər mühakimə olunduğu və 5 il həbs həyatı yaşadığı üzə çıxıb. V. Heydərov silah qismində istifadə edilən predmetlə insan sağlamlığına ciddi xəsarətlər yetirməkdə təqsirli bilinir.

Həmyerlimizin həqiqi adının müəyyənləşdirilməsi üçün istintaq orqanlarına bir il vaxt lazım olub. Məlumatların həqiqi olub-olmadığı Azərbaycanın müvafiq orqanlarından alınan materiallar əsasında müəyyənləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar