Korrupsiyaya görə 3 nəfərə cinayət işi açıldı

"Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin üç əməkdaşının xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etdikləri məlum olub. Belə ki, 22 sentyabr 2015-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apararaq istifadə müddəti bitmiş ərzaq məhsulu satışına görə mağaza sahibini külli miqdarda cərimə etməmək və bu barədə aidiyyəti təşkilatlara məlumat verməmək müqabilində təmsil etdikləri cəmiyyətlə müqavilə bağlayıb qanunsuz ödəniş etdirməklə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Belə hallarla qarşılaşan vətəndaşlardan bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar