Azərbaycanlı zəvvarların ailəsinə kompensasiya veriləcək

Builki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: "Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək".

Qeyd edək ki, builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 1936-cı il təvəllüdli Əzizağa Şirinov dünyasını dəyişib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar