Ərdoğan Rusiyanı təcavüzkar adlandırıb

publika.az1406795169receberdoqanBrüsseldə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Suriyaya təcavüzünə görə sərt şəkildə ittiham edib.Avropa.info xəbər verir ki, Ərdoğan Rusiyanı təcavüzkar adlandırıb: "Suriya ilə Türkiyə arasındakı sərhəd 911 kilometrdir. İraq ilə də 351 kilometr sərhədimiz var.

Bizə təkcə Suriyadan qaçqın gəlməyib. Fərq qoymadan qaçqınları ölkəmizdə qəbul edirik. Təkcə İstanbulda 400 mindən çox suriyalı var. Onlara 7.8 milyard dollar yardım ayırmışıq. Biz açıq qapı siyasəti həyata keçirdik. Suriya rejimi xalqına qarşı bombalardan istifadə edir. Belə bir vaxtda sərhədimizə dirənən qaçqınlara geri qayıdın deyə bilməzdik.

Diktator Əsədin saxlanılmasına tərəfdar olanlar var. Onu qorumağa çalışanlar var. İran və Rusiya bunlardan bunların başında durur . Rusiyanın Suriyada etdikləri ortadadır, özünə bir baza yaratmaq istəyir və bizim sərhədlərimizi pozmağa cəhd edir. Buna bizim səbr etməyimiz mümkün deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar