Rusiya Türkiyəni danışıqlara dəvət etdi

Rusiya Suriya üzrə Türkiyə ilə danışıqlara hazırdır.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bildirib.

“Müdafiə Nazirliyinin baş qərargahı cari problem üzrə istənilən maraqlı dövlətlə müxtəlif işçi qruplar yaratmağa hazırdır. İlk növbədə Türkiyəni də yada salmaq lazımdır. Biz Moskvada Türkiyə Müdafiə Nazirliyinin də nümayəndələrini qarşılamağa hazırıq”, - deyə Antonov bildirib.

O əlavə edib ki, anlaşılmazlıqlardan qaçmaq üçün görüşdə bütün texniki məsələləri müzakirə etmək olardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar