Azərbaycanda 7 kommunistin deputatlığa namizədliyi qeydə alınıb

Bu il noyabr 1-də keçiriləcək parlament seçkilərində Azərbaycan Kommunist partiyasının 7 üzvünün namizədliyi qeydə alınıb.

Lent.az-ın məlumatına görə, bunlar 37 saylı saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Ələddin Bağırov, 39 saylı Kəpəz birinci ( Gəncə) seçki dairəsindən Əlövsət Vayisov, 40 saylı Kəpək ikinci ( Gəncə) seçki dairəsindən Ətraf Alməmmədov, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Fikrət Rəşidov, 79 saylı İmişli seçki dairəsindən Rüstəm Qüdrətov, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Səbinə Abdullayeva, 118 saylı Ağdam şəhər seçki dairəsindən isə Amil Quliyevdir.

Qeyd edək ki, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar