“İndi heç nə danışa bilmərəm” - Eldar Namazov

Milli Şuranın yaranmasına böyük səy göstərən, lakin 2013-cü il prezident seçkilərindən sonra adıçəkilən təşkilatdan gedən Eldar Namazov son zamanlar siyasi arenada görünmür.

O, bunun səbəblərini işlərinin çox olması ilə əlaqələndirib.

Modern.az-ın “Eldar müəllim, ölkənin seçkilərə kökləndiyi bir zamanda, neçə vaxtdır ki, mətbuata heç bir açıqlama vermirsiniz. Buna səbəb nədir” sualına Eldar Namazov qısa cavab verib:

“Bəzi işlərim var. Onları yoluna qoyandan sonra mətbuata müsahibələr verəcəyəm. Məni mətbuat səhifələrində görəcəklər. İndi isə heç nə barədə danışa bilmərəm”

Eldar Namazov 1993-1999-cu illərdə prezident (mərhum dövlət başçısı Heydər Əliyevin vaxtıbda) katibliyinin rəhbəri, onun xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar