Millət vəkilləri terrorçunun dəfnində - FOTO

HDP Tunceli millət vəkilləri Əlican Önlü və Edibe Şahin terror təşkilatının üzvü olan İsmayıl Aydemirin dəfninə qatılıblar.

Musavat.com xəbər verir ki, Ovacıq rayonunda 16 sentyabrda Türkiyə hərbiçiləri tərəfindən keçirilən hava dəstəkli əməliyyatda öldürülən 4 terrorçudan biri olan Aydemirin cənazəsi ailəsinə təhvil verilib.

Cənazədə HDP Tunceli millət vəkilləri Əlican Önlü, Edibe Şahin və DBP-li Tunceli bələdiyyə sədri Məmməd Əli Bul da iştirak edib.

Qeyd edək ki, İsmayıl Aydemir ötən ay PKK terrorçularına qarşı keçirilən əməliyyatda öldürülən 4 terrorçudan biri idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar