ABŞ Qara dənizə esmines göndərdi

ABŞ Hərbi-Dəniz Qüvvələrinin (HDQ) raketdən müdafiə sistemləri və “Tomoqavk” qanadlı raketlərlə təchiz edilmiş “Porter” esminesi bu gün Qara dəniz akvatoriyasına daxil olub. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin xəbər portalları gəminin Bosfor boğazından keçməsinin şəkillərini də təqdim eləməklə məlumat yayıb.

ABŞ HDQ-sinin 6-cı operativ komandanlığı bu ərəfədə xəbər yaymışdı ki, esmines regionda sülh və sabitliyə xidmət eləmək üçün Qara dənizə yollanır.

Yürüş “Atlantik qətiyyəti” əməliyyatı çərçivəsində, Balltikada ABŞ-ın NATO üzrə müttəfiqlərinə və Ukrayna böhranından dolayı Qara dənizdə dəstək üçün həyata keçirilir.

Ukraynanın şərq rayonlarındakı böhrandan sonra Qara dənizdə praktik surətdə daima ABŞ-ın və NATO-ya daxil olan digər Qara dəniz ölkələrini HDQ-nin gəmiləri üzür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar