PREZİDENT UCARDA AÇILIŞLAR ETDİ - Ziya Məmmədov və qardaşları kənarda qaldı - FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.APA-nın məlumatına görə, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Dövlət başçısı rəmzi açılışını bildirən lenti kəsib.

Ucar rayonuna səfəri zamanı prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında da iştirak edib.Azərbaycan prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti İlham Əliyev Ucarda Gənclər Mərkəzinin açılışında da iştirak edib.APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 3 mərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb.Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Bundan əlavə Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Sonra dövlət başçısı Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.Daha sonra Azərbaycan prezidenti Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış olub.

Azərbaycan prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi ilə tanış olub.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına bildirib ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basıb.

Qeyd edək ki, prezidentin Ucar səfəri zamanı nə nazir Ziya Məmmədov, nə də qardaşları gözə dəyib. Rayonda yeni yolun açılışı olsa da, bu barədə məlumatı prezidentə nəqliyyat naziri deyil, “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov verib.

Halbuki, son aylara qədər Ucarla bağlı bütün tədbirlərdə əslən bu rayondan olan Ziya Məmmədov və qardaşları ön cərgədə dayanardılar. Deyəsən artıq onlara son cərgədə belə yer yoxdur.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar