BVF Azərbaycanla bağlı proqnozlarını dəyişdi

Beynəlxalq Valyuta Fondu (BVF, İMF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib. Təşkilat Azərbaycanın 2015-ci il üzrə itisadi artım proqnozunu 3,4 faiz bəndi artırıb.

“Marja” xəbər verir ki, BVF “Dünya İqtisadi Proqnozları” adlı hesabatının Oktyabr sayını yayımlayıb.

Hesabatda qeyd olunur ki, BVF, Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda BVF-nin bu proqnozu 0,6% idi.

BVF, gələn il Azərbaycanda ümumi daxili məhsulun 2,5% artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5% idi.

BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi.

BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyə balansı profisitli olacaqdır. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyə balansının profisiti 3 milyard dollar (Apreldə proqnoz 5.3 milyard dollar idi), 2016-cı ildə 2.7 milyard dollar təşkil edəcək (Apreldə proqnoz 8,2 milyard dollar idi).

Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını proqnozlaşdırır.

QLOBAL İQTİSADİ ARTIM PROQNOZUNU AŞAĞI SALIB

BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0.2 bənd aşağı salaraq 3.1%-ə və 2016-cı il üzrə artım gözləntisini isə 0.2 bənd salaraq faiz 3.6%-ə endirib.

BVF, Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6.8%-də və 6.3%-də saxlayıb.

BVF, Avro Zonası üçün 2015 artım gözləntisini dəyişdirməyərək 1,5%-də saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0.1 bənd salaraq 1.6%-ə endirib.

"DÜNYA İQTİSADİYYATI ÜÇÜN RİSKLƏR ARTIR"

Hesabatda, dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi arım proqnozları 2015-ci il üçün 3.3%-dən 3.1%-ə və 2016-cı il üçün 3.8%-də faiz 3.6%-ə endirilib.

Hesabat ilə daha ətraflı buradan tanış ola biklərsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar