SƏDRİN İSTEFASINDAN PARTİYA XƏBƏRSİZDİR - “Bu necə olub?”

“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefa verməsindən xəbərsizik”.

Bunu aznews.az-a açıqlamasında sözü gedən partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev bildirib. Onun sözlərinə görə, Y.Bağırzadə bu qərarı verərkən partiyanın rəsmilərindən heç kəsə məlumat verməyib: “Bu necə olub? Heç kəsin xəbəri yox. Yaxın saatlarda partiya onunla bağlı açıqlama yayacaq”.

* * *

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.

Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib.

Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.

Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar