MSK-nın əsas hədəfi

Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin noyabrın 1-nə təyin edilən seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə başlayıb.

“Report”un məlumatına görə, seçkilərlə əlaqədar 2 mərhələləli treninq layihəsi hazırlanıb. Birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulub.

Treninqdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səslərin sayılmasına hazırlıq, seçki bülletlərinin təsnifatı, səslərin sayılması və yekun protokolun doldurulması, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması müzakirə edilib.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, bu tədbirilərin keçirilməsi ənənə halını alıb.

O bildirib ki, əsas hədəf seçki işinin mükəmməl qurulmasıdır: “Bütün seçki subyektlərinin maarifləndirilməsinə çalışırıq. Mətbuat da seçki prosesi ilə bağlı məlumatları maraqlı seçki subyektələrinə çatdırırlar. Ümumiyyətlə, seçki subyektləri nə qədər bu işdə maraqlı olacaqlarsa, o qədər də iş qaydasında gedəcək. Əsas məsələ pozuntuya, baş verən neqativ hala adekvat reaksiyasının verilməsidir”.

N.Məmmədov qeyd edib ki, əvvəlki illərə nisbətən işlər xeyli yaxşılaşıb: “Seçkilərlə bağlı komissiyaların üzərinə düşən iş aydın dərk edilir. Azərbaycanda həyat şəraitini yaxşılaşdırmaq üçün hər kəs işinin öhdəsindən gəlməlidir”.

Qeyd edək ki, aşağı seçki komissiya üzvləri üçün keçiriləcək treninq oktyabrın 12-dən başlayacaq. MSK treninq qrupunun yerlərdə keçirəcəyi treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində hər treninq sessiyasında 36 komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub.

Maarifləndirmə tədbirləri, ümumilikdə 30 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar