“Krım Ukraynaya qaytarılmasa...” - Viktoriya Nuland

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib ki, Krım Ukraynaya qaytarılmasa, Vaşinqton bu məsələ ilə əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyaları aradan qaldırmayacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, V. Nuland bunu Vaşinqtondakı Marşall Fondunda çıxışında deyib. “Krımla bağlı sanksiyalar işğal davam etdiyi müddətdə qalacaq”, - deyə o, söyləyib.

V. Nuland onu da əlavə edib ki, Ukrayna səmasında 2014-cü ildə sərnişin təyyarəsinin vurulmasında günahkar olanlar məhkəmə qarşısına çıxarılmalıdır: “Bu, təkcə Ukrayna üçün yox, bütün beynəlxalq sistem üçün fövqəladə dərəcədə vacibdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar