Ukrayna Suriyadakı Rusiya hərbi texnikasının sayını açıqlayıb

Ukrayna KİV-nin məlumatına görə, Rusiya hərbçiləri Suriyanın Latakiya aerodormunda digər hərbi texnikalarla yanaşı, 26 təyyarə, 23 vertolyot, 4 tank, 16 zirehli döyüş maşını və 260 vahid avtomobil yerləşdirib. Bu barədə Ukrayna müdafiə nazirliyi baş kəşfiyyat idarəsinin (UMN BKİ) saytında xəbər verilir (Rosbalt).

«Dəqiqləşdirilmiş məlumata görə, oktyabrın 4-ə olan vəziyyətə Latakiya aerodromunda 6 vahid Su-34, Su-24, 10 vahid Su-25, 2 vahid İl-76, hərəsindən bir vahid İl-20, An-124, An-26/30, Yak-40 təyyarəsi, 14 vahid Mi-24 vertolyotu, 9 vahid Mi-8 vertolyotu, 4 tank, 16 zirehli maşın, 260 vahid avtomobil, 12 çadır cəmləşdirilib» - deyə, sayt xəbər verir.

Qeyd olunur ki, aerodrom ərazisində infrastruktur abadlaşdırılır - modul tipli çadır şəhərciyi, texnika üçün açıq dayanacaq tikilir, avtomobil qrupları üçün dayanacaq genişləndirilib və hərbi texnikanı gizlətmək üçün «sığınacaq»lar hazırlanıb.

UMN BKİ-nin məlumatına görə, oktyabrın 5-də Rusiya Federasiyası Hava-kosmik qüvvələrinin Su-34, Su-24M və Su-25 təyyarələri ilə 15 uçuş həyata keçirilib və Suriya hökumətinə müxalif silahlı qüvvələrin («İslam dövləti» terrorçu qruplaşması ilə heç bir əlaqəsi olmayan qüvvələr) Aleppo, Damask, İdlib və Homs əyalətlərində yerləşən 10 obyektinə zərbələr endirilib. Bu zaman idarə olunmayan qəlpəli-fuqas (OFAB-250 və OFAB-500) və hələ sovetlər dövründən qalmış-köhnəlmiş korrektə edilən bombalardan (KAB-250 və KAB-500) istifadə olunub.

Bununla bərabər, Suriyadakı hərbi-hava əməliyyatlarının informasiya müşaiyət çərçivəsində Rusiya Federasiyası Müdafiə nazirliyinin nümayəndələri dünya ictimaiyyətini endirilən hava zərbələrinin seçmə üsulu ilə və dəqiqliklə həyata keçirildiyinə inandırmağa çalışırlar.

Qeyd olunur ki, Rusiya silahlı qüvvələrinin komandanlığı Suriya ərazisində hərbi kontingenti artırmaqda davam edir və burada uzunmüddətli hərbi iştirakını təmin etmək istiqamətində tədbirlər görür. Belə ki, ötən gün ərzində An-124 və İl-76 təyyarələri Latakiya aerodromuna 5 reys həyata keçirib.

Bundan əvvəl Rusiya Dövlət Duması müdafiə komitəsinin sədri admiral Vladimir Komoyedov bəyan etmişdi ki, Donbasda döyüşmüş «üsyançılar» Bəşər Əsədin ordusu daxilində könüllü batalyon və ya briqada yarada bilərlər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar