İnternetdə narkotik satan tələbənin otağından 11 kiloqram “mal” çıxdı

Rusiyanın Tomsk vilayətində yerli ali məktəblərdən birində təhsil alan 4-cü kurs hüquq tələbəsinin qaldığı yataqxanadan 11 kiloqrama yaxın sintetik narkotik aşkarlanıb.

AzPolitika.info-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxs internet-mağaza vasitəsi ilə sintetik narkotik satışı ilə məşğul olub.

Onun otağından başqa şəxslərin adına rəsmiləşdirilən 20 bank kartı, 50 simkart, bir neçə mobil telefon və kompüter texnikası da aşkarlanaraq müsadirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar