QALMAQALLI "ROLLS ROYSE"un SAHİBİ KİMDİR?– Araşdırma - FOTO

Bu günlərdə Nizami rayonu ərazisində, “Laçın” ticarət mərkəzinin qarşısında ticarətçilərin etiraz aksiyası olmuşdu.

Səbəb paytaxt polisinin bazarın qarşısında maşın saxlamağa qadağa qoyması idi. Ticarətçilərin çoxu polisin tələbinə əməl etməkdən boyun qaçırmış, nəticədə insident yaranmışdı.

Bu vəzifəyə bir neçə gün öncə təyin olunan Nizami RİH başçısı Arif Qasımov da hadisə yerinə gəlmişdi. Sosial şəbəkələrdə və daha sonra bir sıra saytlarda yayılan məlumatlara görə, icra başçısı “Laçın”ın qabağına 90 KX 928 nömrəli “Rolls Royce Fantom” markalı lüks avtomobillə gəlib. Bu avtomobilin qiyməti 400 min dollardan başlayır.

“Turan” agentliyi bu məsələyə aydınlıq gətirmək üçün Nizami RİH-ə müraciət edib. RİH-dən bildirilib ki, icra başçısının belə maşını yoxdur.

AzPolitika.info sözügedən bahalı avtomobilin həqiqətən də Arif Qasımova məxsus olub-olmadığını aydınlaşdırmaq üçün kiçik araşdırma aparıb. Bu zaman əldə olunan bir sənəddən məlum olub ki, 90 KX 928 nömrəli “Rolls Royce Fantom” markalı avtomobil Vəliyev Məsud Fərzəli oğluna məxsusdur. Bunu həmin avtomobilin sürət həddini aşaraq DYP radarına düşməsi barədə protokoldan görmək olur (Fotosürəti təqdim olunur). Vəliyev Məsud Fərzəli oğlunun “Laçın” ticarət mərkəzinin sahibi olduğu bildirilir.

Nizami RİH başçısı Arif Qasımov isə, şahidlərin bildirdiklərinə görə ticarətçilərin etiraz aksiyası keçirdiyi yerə özünün xidməti avtomobilində gəlib.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar