Sabahdan seçicilərə qeydiyyatdançıxma vəsiqələri verəcək

hessecki20913Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələri səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməlidir.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət noyabrın 7-dək olan dövrü əhatə edib. Məntəqə seçki komissiyaları sabahdan başlayaraq oktyabrın 29-dək seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqələri verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar