“Onun da Haqqı var!” layihəsi başa çatdı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Onun da Haqqı var!” internat məktəbləri və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna yardım layihəsi 20 iyul 2013 –cü il tarixində başa çatdı.

Layihənin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan gəncliyi 2011-2015–ci illərdə” dövlət proqramına dəstək olaraq qərb bölgəsində gənclərin fəallığını artıqmaq, Gəncədə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində gənclərin məşğulluğunu təmin etmək, seçilmiş gənc/yeniyetmələri Birliyimizin nəzdində fəaliyyət göstərən “Gənclərin Məşğulluq və Resurs Mərkəzi”ndəki kursların fəaliyyətinə cəlb etməkdir.

Əlavə məlumat üçün qeyd edək ki, 20 aprel 2013-cü il tarixindən etibarən həyata keçirilməyə başlayan layihə çərçivəsində, Gəncə şəhərində yerləşən 4 internat məktəbi, 1 uşaq evi və SOS uşaq kəndindən ümumilikdə 30 nəfər yeniyetmə/gənc “kompyuter təmiri” və “kosmetologiya” kurslarından faydalanmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar