Cəmil Həsənli Avropa Parlamentinə dəvət olundu

Milli Şurasının vahid namizədi oktyabrın 3-də Avropa Parlamentinə çağrılıb

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, professor Cəmil Həsənli Avropa Parlamentindən (AP) dəvət alıb. Dəvəti göndərən AP-də təmsil olunan Hollandiyanın D66 partiyasının deputatı, Şərq Tərəfdaşlığı Parlament Assambleyasının vitse-prezidenti Gerben-Jan Gerbrandin və Avropa Parlamentindəki Liberal Demokratlar fraksiyasıdır. Cəmil Həsənli oktyabrın 3-də Avropa Parlamentində Azərbaycandakı seçkilər, insan haqlarının durumu və Azərbaycan-Avropa Birliyi münasibətlərinin perspektivi mövzusunda keçiriləcək seminara əsas qonaq kimi dəvət olunub. Cəmil Həsənlinin seçki qərargahının üzvü İsa Yusibova göndərilən məktubda Azərbaycandakı seçkilərin ötən seçkilərdəki qanun pozuntularını da nəzərə alaraq Avropa Parlamentinin diqqətində olduğu, Azərbaycandakı seçki öncəsi siyasi vəziyyəti müzakirə üçün Milli Şuranın vahid namizədi Cəmil bəyin Brüsselə səfərindən məmnunluq duyulacağı bildirilib.

Tədbirə müxtəlif insan haqları təşkilatları, Avropa Birliyinin Qonşuluq siyasəti komitəsinin üzvləri, ATƏT-in Azərbaycandakı səfiri, Avropa İttifaqı və Avropa Parlamentinin rəsmiləri qatılacaq.

Tədbirdən sonra Cəmil Həsənl Liberal Demokratlar fraksiyası rəhbərliyinin də iştirakı ilə mətbuat konfransı keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar