Rusiya ilə Türkiyə arasında qarşıdurma olmayacaq - “The New York Times”

putin erdoganRusiya və Türkiyə arasındakı münasibətlərdəki soyuqluğa baxmayaraq, bu dövlətlərin qarşıdurmaya getməsi gözlənilən deyil.

AzPolitika.info-nun məlumatına görə, bu barədə “The New York Times”qəzeti yazır.

Qeyd olunur ki, bu münasibətlər müəyyən qədər Türkiyə-İran münasibətlərini xatırladır və Türkiyənin Suriyadakı münasibətlərinə və iqtisadi əlaqələrə dəqiq sərhəd qoyması vurğulanır: “Türkiyənin artan iqtisadiyyatına rəğmən enerji resursları baxımından zəngin olmaması onu daha çox Rusiya və İran qazından asılı edir. Münasibətlərdəki gərginliyə baxmayaraq, Türkiyənin energetika naziri Rusiyadan qaz kəmərinin çəkilişi barədə danışıqların davam edəcəyini bildirib. Həmçinin Rusiya Türkiyə ərazisində AES tikməyi planlaşdırır”.

Qəzet vurğulayıb ki, Ərdoğan tez-tez Putinlə müqayisə olunur. Hər iki prezidentin dəfələrlə avtoritar rejim qurmağa görə tənqidə məruz qaldığı və onların baş nazir vəzifəsində də özlərini görkəmli siyasətçi kimi göstərdikləri qeyd olunur.

Hətta Əsəd rejimi ilə bağlı fikir ayrılığına baxmayaraq, Ərdoğan və Putin arasında ciddi münaqişənin yaranmayacağı əlavə edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar