KİV-ə Dəstək Fondu “AzPolitika.info”nun araşdırmasına münasibət açıqladı – Siyahı

“Yazıda adları çəkilən konkret şəxslərin binanın tikintisini aparan "PORTOS" MMC ilə heç bir əlaqəsi yoxdur”

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Prezident İlham Əliyevin sərəncamı əsasında Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasına çəkilən xərclərin şişirdildiyi barədə iddialara münasibət bildirib.

AzPolitika.info-nun araşdırmasında bildirilirdi ki, bir neçə ay əvvəl jurnalistlərə paylanan 2 bloklu, 17 mərtəbəli binanın tikintisi və təmirinə KİV-ə Dəstək Fondunun maliyyə hesabatında göstərildiyi kimi, 22 milyon manatdan artıq vəsaitin xərclənməsi real görünmür. Lakin Fond bu iddiaları qəbul etmir və irad bildirir ki, jurnalist araşdırma apararkən binanın tikintisi və təmirindən əlavə görülən işlərə çəkilmiş xərcləri nəzərə almayıb, həmçinin tikintinin sahəsini xeyli az göstərib.

“KİV Haqqında” Qanunun tələblərini nəzərə alaraq, Fondun icraçı direktoru Vüqar Səfərlinin AzPolitika.info-nun elektron poçtuna göndərdiyi məktubu olduğu kimi təqdim edirik.

“AzPolitika.info saytının redaktoru

cənab Elnur Məhərrəmliyə

Saytınızda 04.02.2014-cü il tarixdə yerləşdirdiyiniz "KİV-ə Dəstək Fondunun sensassiyalı hesabatı: jurnalistlərin 2 otaqlı mənzili dövlətə 143 min manata başa gəlib!" başlıqlı yazıda böyük yanlışlıqlara yol verilmişdir. Odur ki, real faktları oxucularınıza çatdırmaq üçün aşağıdakı məlumatların verilməsini zəruri hesab etdik.

Sizin əməkdaşınız yazıda reallığı əks etdirməyən və qərəzli şərhlər verməklə, oxucuları yanlış istiqamətə yönəltmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, yazıda adları çəkilən konkret şəxslərin binanın tikintisini aparan "PORTOS" MMC ilə heç bir əlaqəsi yoxdur. Binanın tikinti sahəsinə gəldikdə isə, burada böyük yanlışlığa yol verilmişdir. Belə ki, binanın ümumi sahəsi 21.514 m2 olduğu halda sizin əməkdaşlar öz hesablamalarında binanın yalnız 12.500 m2 -lik yaşayış hissəsini nəzərə almış, 9 min m2 çox sahəni hesaba almamışlar. Elə buna görə də binanın hər m2 çəkilən xərc barədə fantastik rəqəm göstərmişlər. Bu və digər istiqamətlər üzrə apardığınız araşdırmalar da həqiqəti əks etdirmir.

Binanın tikintisinin xərclər təsnifatını əks etdirən məlumatları sizə təqdim edirik:

Tikinti xərclərinin təsnifatı

Tikintinin ümumi dəyəri - 22.396.316

Ədv-siz dəyəri - 18.979.928

Ədv - 3.416.388

Tikintinin ümumi sahəsi - 21.514 m²

Mənzillərin ümumi yaşayış sahəsi - 12.178 m²

Zirzəmi – 2152 m²

I mərtəbə - 1076 m²

Mansard - 1076 m²

Lift,koridor,pilləkən marşı,keçidlər – 5032 m²

1) Tikinti sahəsindən ayrı olan işlər

Şaquli planlaşma - 760237 AZN

Yaşıllaşma – 88518 AZN

Səkilər və yollar – 129035 AZN

Su kanalizasiya – 50754 AZN

Qaz – 251675 AZN

Su anbarı – 93928 AZN

Nasosxana – 66818 AZN

CƏM – 1.440.966 AZN

2) Elektrik padstansiyası xarici kabel və rabitə - 1.147.152 AZN (1000 KW 2 ədəd)

3) Fasad hissəsi Polirutan - 1.527.776 AZN

4) Müvəqqəti bina qurğular və nəzərə alınmayan xərclər - 741.800AZN

5) Vergi (əmlak və mənfəət) - 872.750 AZN

6) 17 mərtəbəli yaşayış binası 17. 210m2 + 2 mərtəbə zirzəmi 2.152 m² + mansard 1.076 m² - 13.249.484 AZN

Ümid edirik ki, KİV haqqında qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alaraq, bizim mövqeyimizi ən yaxın saatlarda saytınızda yerləşdirəcəksiniz.

Hörmətlə, icraçı direktor V. Səfərli”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar