Ərdoğanın mühafizəsi ilə Belçika agentləri arasında dava düşüb! 

Xarici KİV-in məlumatına görə, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb T.Ərdoğanın Brüsselə hazırkı səfəri zamanı onun mühafizəçiləri ilə Belçika xüsusi xidmət agentləri arasında çox sərt «qarşıdurma» baş verib. Bu barədə xəbəri «KEBF» teleradio şirkətinə istinadla «RİA Novosti» yayıb (Rosbalt).

Ən ciddi qarşıdurma Krallıq Beynəlxalq münasibətlər institutunun binasında baş verib. Sonradan bir-birinə əl qaldırmağa gedib çatan mübahisə Türkiyə prezidentinin daxil olacağı otaqların təhlükəsizliyinin yoxlanması zamanı yaşanıb.

Ərdoğanın mühafizəçiləri belçikalı təhlükəsizlik agentlərinin irəli sürdüyü şərti qulaqardına vurublar. İrəli sürülən şərtə görə, otaqları məhz Belçika təhlükəsizlik agentləri yoxlamalı imişlər. Türkiyəli mühafizəçinin şərtə əməl etməməsi isə belçikalı agentlər tərəfindən hörmətsizlik kimi dəyərləndirilib.

«La Libre Belgique» qəzetinin məlumatına görə, yaranmış qarşıdurma nəticəsində Türkiyəli mühafizəçilərdən biri dirsəyi ilə belçikalı təhlükəsizlik agentinə zərbə endirib. Bundan sonra onu yerə yıxıb, döşəməyə sıxıblar.

Belçikanın Təhlükəsizlik Xidməti öz növbəsində, yaranmış vəziyyəti xeyli «mürəkkəb və gərgin» kimi səciyyələndirib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar