BƏYLƏR ƏYYUBOVUN BACISI OĞLU HƏBSƏ ALINDI- Generalın qohumlarına 9 il 6 ay cəza verildi

General Bəylər Əyyubovun qohumlarına üst-üstə 9 il 6 ay həbs cəzası verilib. Bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib.

Bildirilir ki, Əyyubovun bacısı oğlu Osman İsayev, onun əmisi oğlu Sultan İsayev, eləcə də, Rauf və Amil adlı daha iki gəncə hökm oxunub.

Xatırladaq ki, həbs edilənlər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar. Onlar dava-dalaş törətməkdə təqsirləndirilirdilər.

Qeyd edək ki, əslində adları çəkilən şəxslərin bu gün azadlığa buraxılacağı gözlənilirdi. Hətta mediada bu barədə informasiyalar da yayılırdı. Ancaq göründüyü kimi, bu dəfə adları cinayət işinə qarışanları yüksək mənsəbli qohumlarının olması da onları mühakimədən xilas etməyib.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar