Bu gündən “Planetlərin paradı” başlayır

Paradı aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq

Bu ay ərzində Yer sakinləri “Planetlər paradı” adlandırılan kosmik hadisəni müşahidə edə biləcəklər.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən verdiyi məlumata görə, parad bu gün başlanacaq. Bu zaman Yer kürəsinin təbii peyki olan Ay səhər səmasında planetlər qrupu ilə yaxınlaşacaq. Bu kosmik hadisə 24 oktyabrda Merkurinin "xətti" pozaraq səhər səmasından yox olması ilə bitəcək.

Astronomların sözlərinə görə, planetlər paradını aydın hava şəraitində Günəşin doğuşuna iki saat qalmış müşahidə etmək mümkün olacaq.

Planetlərin kiçik paradı ən ecazkar astronomik hadisələrdən biri hesab olunur. Bu zaman Günəş sisteminin planetlərinin bir hissəsi kiçik sektorda Ayın bir tərəfində sıralanacaq.

Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Sözügedən hadisənin əsas iştirakçıları Venera, Mars, Yupiter, Merkuri və Ay olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar