Bakıda Həccə getmək istəyən şəxsi aldatdılar

Əjdərbəy məscidinin qarşısında 8500 manat verdi, Həccə gedə bilmədi

Bakıda dələduzluqla üzləşmiş şəxs polisə müraciət edib. Lent.az-ın məlumatına görə, Nəsimi rayon sakini, 1982-ci il təvəllüdlü Əsədov Anar Mehman oğlu 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında tanışı, 1983-cü il təvəllüdlü Gülüyev Elyar Ağasəf oğluna Səməd Vurğun küçəsində 8500 manat verib. Həmin küçədə yerləşən Əjdərbəy məscidinin qarşısında E.Gülüyevdən xeyli miqdarda pul alan A.Əsədovun məqsədi Həcc ziyarətinə getmək olub və tanışı onun bu niyyətini həyata keçirəcəyinə vəd verib.

A.Əsədov şikayətində qeyd edib ki, tanışı ona verdiyi vədə əməl etməyib və pulu qaytarmaqdan da boyun qaçırıb.

Hazırda müraciət əsasında araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar