Hava küləkli və yağmurlu olacaq - Proqnoz

Oktyabrın 9-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlıq ərazilərdə gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar