“Rusiya 57 hava hücumundan ancaq 2-də hədəfi düz vurub” - Davudoğlu

davutoglu-jpg20150420200041Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Rusiyanın Suriyada indiyə kimi gerçəkləşdirdiyi 57 hava hücumundan 55-i müxalifət qüvvələrinin mövqelərinə endirilib.

Baş nazir bu zərbələrdən ancaq ikisinin “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mövqelərini vurduğunu bəyan edib. Bununla yanaşı Ə.Davudoğlu Rusiya tərəfə “sərhədlər məsələsində Türkiyənin nə qədər həssas olmasını nəzərə alması” barədə xəbərdarlıq edib.

“Bu hava gücumları İŞİD-ə qarşı edilmir. Rus hərbçiləri 57 hava hücumu edib, bunun 55-i muxalifətə qarşı, yalnız ikisi İŞİD-ə qarşı olub. Əgər İŞİD-ə qarşı mübarizə ediləcəksə, bunu birgə etmək lazımdır. Əksinə, Türkiyə sərhədləri yaxınlığında yeni qaçqın axınına, sivil xalqa və Suriya müxalifətinə qarşı hərəkat varsa, bu o deməkdir ki, o zaman hamımızın oturub müzakirə etməsi lazım olan cox ciddi məsələ var”, - Ə.Davudoğlu Rusiyanın Suriyadakı hava zərbələrini şərh edib.

Ə.Davudoğlu Suriyada mövcud olan indiki duruma görə Suriya rəhbərliyi qədər bu məsələdə hər hansı anlaşma əldə etməyən BMT Təhlükəsizlik Şurasının da məsuliyyəti olduğunu xüsusi vurğulayıb. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar