Ərdoğandan Rusiyaya son xəbərdarlıq

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, Ankara Rusiya qazının alınması məsələsinə yenidən baxa bilər. Belə ki, Rusiya Türkiyənin hava məkanını pozduqdan sonra bu ölkə ilə münasibətlər pisləşib.

“Biz Rusiyadan təbii qaz alan bir nömrəli alıcıyıq. Türkiyənin itirilməsi Rusiya üçün ciddi itkidir. Lazım olarsa Türkiyə ən müxtəlif yerlərdən təbii qaz ala bilər”, - Reuters Türkiyə prezidentindən sitat gətirib.

“Biz hazırki durumla razılaşa bilmərik. Hava məkanının pozulması ilə bağlı Rusiyanın açıqlaması inandırıcı deyil”, - o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya layihəsi üzrə “Akkuyu” AES-in inşası məsələsinə də yenidən baxa bilər, başqa kimsə gəlib onu tikə bilər”.

Türkiyə Almaniyadan sonra Rusiya qazını alan həcmcə ikinci böyük alıcıdır. 2014-cü ildə Türkiyə Rusiyadan 27,33 mlrd. kub metr qaz alıb.

Ərdoğanın bəyanatı Rusiyanın Türkiyənin hava məkanını pozduqdan sonra Ankara və Moskva arasında münasibətlərin kəskinləşməsi fonunda səslənib.

Türkiyə hakimiyyəti son üç gündə iki dəfə Moskvanı hava sərhədlərinin pozulmasında ittiham edib. Türkiyə XİN-in məlumatına görə, Rusiya təyyarələri oktyabrın 3 və 4-də Türkiyənin hava məkanını pozublar. Bununla əlaqədar oktyabrın 5-də Rusiya səfirinə etiraz notası təqdim edilib. Oktyabrın 7-də məlum olub ki, Türkiyə hava məkanının pozulmasına görə növbəti dəfə etirazını bildirib. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar