"Məni buna məcbur ediblər..." - Sabir Rüstəmxanlı

“Mən heç vaxt qurultayda partiya sədrliyinə namizədliyimi irəli sürməmişəm. Ancaq dostlar, yoldaşlar məni buna məcbur ediblər”.

Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, VHP-nin növbəti qurultayında partiya sədrliyindən getməyə çalışacaq: “Çünki hər gün bura gəlib-getmək imkanım yoxdur. İstəyirəm ki, başqa adamlar partiyanı idarə etsinlər, mən də köməklik göstərim. Amma sədrlikdən getmək niyyətimi biləndə partiya üzvləri buna etiraz etdilər. Belə olan halda sədrlikdə qalmaqla bağlı məcburiyyət olsa, mən bunu düşünərəm. Partiyanın gələcəyi üçün problem yaranmasın deyə sədrlikdə qala bilərəm”.

Xatırladaq ki, VHP-nin növbəti qurultayının bu ilin sonuna kimi keçirilməsi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar