Diyarbəkirdə partlayış baş verib, 1 uşaq ölüb, 3-ü xəsarət alıb

Diyarbəkirin Silvan rayonunda uşaqların tapdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 uşaq ölüb, 3 uşaq yaralanıb.

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən 9 yaşlı Həsən Yılmazdır. Məlumata əsasən, məhəllədə oynayan uşaqlar bombanı PKK terrorçularının qazdıqları xəndəkdən tapıblar.

Partlayış nəticəsində xəsarət alan 5 yaşlı Məzlum Yılmaz, 10 yaşlı Ümid Yılmaz və onun qardaşı, 6 yaşlı Mərd Yılmaz isə xəstəxanaya yerləşdiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar