Ərdoğanın Rusiyaya xəbərdarlığına “Toshiba”dan reaksiya

Yaponiyanın “Toshiba” şirkəti Türkiyədə nüvə enerjisi layihələrində iştirak etmək arzusundadır.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin “Akkuyu AES-ini ruslar tikməzsə başqası tikər” açıqlamasından sonra “Toshiba” rəhbərliyi Sinopda “Mitsubishi” tərəfindən AES tikilməsini xatırladaraq, Türkiyə ilə yeni bir AES layihəsində iştirak etmək istəyir.

Şirkət nümayəndəsi Toyoaki Fujita “Anadolu” Agentliyinə bildirib ki, “Türkiyənin yeni nüvə enerjisinə ehtiyacı var və şirkət bu istiqamətdə əməkdaşlıq etməyə hazırdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar