"Qırmızı xət"lə axtarılan Əkbər Vəliyev Barselonada tutuldu

“İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub.

Azərbaycanın Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Məhəmməd oğlu Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək (“Report”).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar