Parlamentində partlayış - Yaralılar var

Müxalifətdən olan deputat Kosovo parlamentinin binasında iclas zamanı gözyaşardıcı qaz olan qumbara partladıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayışdan sonra iclas zalını tüstü bürüyüb.

Hadisə nəticəsində iki deputat yaralanıb. Binadakılar təxliyə edilib.

Məlumatda bildirilib ki, müxalifətdən olan deputat Kosovo hökumətinin Serbiya ilə münasibətləri normallaşdırmasına etiraz olaraq bu addımı atıb.

Xatırladaq ki, Kosovo qismən tanınan respublikadır. Serbiya Konstitusiyasına əsasən, o, Serbiyanın bir hissəsi sayılaraq Kosovo və Metoxiya Muxtar Diyarına daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar