Moldova prezidenti MDB sammitinə qatılmaq istəmədi

MDB-bayraq-600MDB dövlət başçılarının sammitində Moldovanı ölkənin baş naziri təmsil edəcək.

AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə prezident Nikolay Timoftinin məsləhətçisi Vlad Tsurkanu bildirib.

Onun sözlərinə görə, “prezidentin işləri çox olduğuna görə, Kişinyovda qalmalıdır”.

Qeyd edək ki, MDB dövlət başçılarının sammiti oktyabrın 16-da Qazaxıstanın Burabay şəhərində keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar