"Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb" - İranlı parlamentari

Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb. Bunu Trend-ə müsahibəsində İran parlamentinin Energetika komissiyasının birinci katibi Əmir Abbas Soltani deyib.

Onun sözlərinə görə, Tehran "Buşəhr" AES-in tikintisi zamanı Rusiyanın İrana qarşı mövqeyinin şahidi oldu: "Rusiya bundan sonra da yalnız öz maraqlarından çıxış edərək fəaliyyət göstərəcək".

Ə.A.Soltani qeyd edib ki, İrana neft satışına görə sanksiyalar tətbiq ediləndə Rusiya Tehranı dəstəkləmək üçün neft ixracını azalda bilərdi: "Lakin Moskva bunu etmədi və bununla da İran iqtisadiyyatına güclü zərbə vurdu".

O, əlavə edib ki, İran sanksiyalar tam aradan qaldırıldıqdan sonra neft və qaz satışı və hasilatını artıracaq: "İran Rusiyanın maraqlarına zərər vursa da, öz iqtisadi və siyasi maraqlarına uyğun hərəkət edəcək. Bununla belə, Rusiya ilə olan ümumi maraqları unutmaq olmaz".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar